Connect with us

Cəmiyyət

Cavid Süleymanov yazır…Heydər Əliyev unudulmaz lider

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyin baş redaktoru Cavid Süleymanov yazır…Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Heydər Əliyevin vəfatından 15 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə  Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan
verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində
işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq,
1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin
ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri
götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın
yüksək mükafatı – Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı –
“Atatürk Sülh Mükafatına” layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edilib.

Cəmiyyət

Baş Redaktor Cavid Süleymanov Bəylər Eyyubovu təbrik etdi.

Published

on

By

Spread the love

Musteqil.az informasiya agentliyi xəbər verir ki, bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, Prezidentin təhlükəsizlik İdarəsinin rəisi, general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.

Həyatının uzun illərini Heydər və İlham Əliyevlər hakimiyyətinə xidmətdə keçirən Bəylər Eyyubov hər iki prezidentinin inandığı ən sadiq adamlardan sayılır.

General-polkovnik rütbəsini daşıyan Bəylər Eyyubov indiyədək Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə bir çox mükafatlara və fəxri adlara layiq görülüb. Baş Redaktor Cavid Süleymanov qeyd edib ki,general bu gün özünün 68 yaşını qeyd edir.

Musteqil.az informasiya agentliyi olaraq bütün kollektivimiz adından cənab generala həyatda uzun ömür can sağlığı arzu edirik.

Continue Reading

Cəmiyyət

Cavid Süleymanov yazır…2 fevral Gənclər Günüdür!

Published

on

By

Spread the love

Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.

Prezident 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. 2011-ci ilin 6 aprel tarixində prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədini qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gənclər Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadaır. Müstəqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov bayram münasibəti ilə bütün gəncləri təbrik edib. Əziz gənclər bayramınız mübarək!

Continue Reading

Cəmiyyət

Cavid Süleymanov yazır…Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov yazır…Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı
şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil
olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun
aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə
edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra
istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə
birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft
strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının
Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən
seçilib).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini,
2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın
sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ
PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin
rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament
Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam
verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti
seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham
Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin
icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin
88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan
Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də
vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük
əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə
Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da
vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti
seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq
inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına
başlayıb.

Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa,
tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik
Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin
edib.

Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, bütün
azadlıqların təmin olunduğu müasir, demokratik ölkədir.

Müasir standartlara cavab verən güclü ordunun yaradılması
dinamik iqtisadi inkişafla yanaşı müasir Azərbaycanı xarakterizə
edən əsas amillərdən biridir. “Güclü iqtisadiyyata arxalanan
qüdrətli ordu” formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas
istiqamətlərindən birinə çevrilib.

Azərbaycan Ordusunun gücü və qüdrəti 2018-ci il iyunun 26-da
Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə və sentyabrın 15-də
Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlarda
nümayiş etdirildi. Bu, Azərbaycan Ordusunun gücünü və imkanlarını
əyani şəkildə görməyə, son 25 ildə nəyə nail olduğunu öyrənməyə və
son illər ərzində ordumuzun əhəmiyyətli dərəcədə gücləndiyini bir
daha göstərməyə imkan verdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin
ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan
bu gün regionda ən güclü orduya malikdir. 2016-cı ilin Aprel
döyüşlərində rəşadətli Azərbaycan Ordusunun erməni təcavüzkarlarına
sərt cavab zərbələri bunun sübutudur. Ordumuz işğalçılardan böyük
ərazini azad etməklə və ölkə tarixinə daha bir şanlı səhifə
yazmaqla Azərbaycanın gücünü və nəyin bahasına olur-olsun, işğal
olunmuş əraziləri qaytarmaq səylərini dünyaya nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələrinin qələbələrinin davamı isə 2018-ci
ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu
əməliyyat oldu. Bu əməliyyat zamanı ötən əsrin 90-cı illərinin
əvvəllərində ermənilər tərəfindən işğal olunmuş 11 min hektar ərazi
azad edildi. Uğurlu əməliyyatlar nəticəsində Şərur rayonunun Günnüt
kəndi və kənd ətrafındakı Xunut (2065 metr), Qızılqaya (1683 m) və
Mehridağ (1869 m) yüksəklikləri Azərbaycan bölmələrinin nəzarətinə
keçdi. Naxçıvan əməliyyatı Azərbaycan Ordusu güclü olduğunu bir
daha göstərdi.

Bu hadisələr son illərin vəziyyətini birdəfəlik dəyişdi və
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
status-kvonun saxlanmasının yolverilməz olduğunu sübut etdi.

2018-ci il Azərbaycan rəhbərliyinin növbəti xarici siyasi uğuru
ilə yadda qaldı. NATO Sammitinin yekununda qəbul olunmuş qətnamədə
Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü
birmənalı şəkildə dəstəklənib. Bu prosesin məntiqi davamı kimi
Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq
prioritetləri” sənədində uzun illər ərzində ilk dəfə Azərbaycanın
ərazi bütövlüyünün dəstəklənməsi dövlətimizin beynəlxalq səviyyədə
tanınan sərhədlərinin pozulmazlığı kontekstində qeydə alınıb.

2018-ci il, həmçinin may ayında bütün Cənub-Şərqi Avropa üçün
strateji əhəmiyyət daşıyan və əsrin ən böyük enerji layihəsi olan
“Cənub Qaz Dəhlizi”nin işə salınması kimi mühüm hadisələrlə yadda
qalacaq. Prezident İlham Əliyevin layihənin birinci mərhələsini
mayın 29-da – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100
illiyindən bir gün sonra və 25-ci yubiley Beynəlxalq Xəzər Neft və
Qaz Sərgi-Konfransının açılış günündə işə salması rəmzi məna
daşıyır. Beləliklə, Azərbaycanın “Şahdəniz” yatağından ilk qaz
“Cənub Qaz Dəhlizi”nin birinci seqmenti ilə – “Şahdəniz 2” üçün
genişləndirilmiş Səngəçal terminalından genişləndirilmiş Cənubi
Qafqaz qaz kəməri ilə hərəkət etdi və iyun ayında TANAP boru
kəmərinin istifadəyə verilməsi ilə Türkiyə ərazisinə çatdı.

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılması Azərbaycanın enerji
siyasətinin müstəqilliyini və uğurunu, eləcə də xarici
tərəfdaşların ölkəmizə etimadını nümayiş etdirir. Məhz Bakı
Avropaya enerji təhlükəsizliyini artırmaq və tədarükü şaxələndirmək
imkanı təklif edib.

Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünya
miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi,
hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət
tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana
çevrilib.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda
olan 2018-ci il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi
arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da
möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və
bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı
oyunçu kimi qəbul edir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin
nəticəsidir. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında müstəqil Azərbaycanı daha parlaq gələcək gözləyir.




Continue Reading

ən çox oxunanlar