YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP)
nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının
üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının
fəalları müasir müstəqil dövlətimizin memarı və qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci
ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin xatirəsini yad
edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ümummilli lider
Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin
qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü
minilliyə inamla qədəm qoyub.

Ulu öndər Heydər Əliyevin zəkası bütün maneələri aşaraq və
qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən,
hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi
təhlükəsindən uğurla çıxarıb ona həm bölgədə, həm də dünyada
layiqli yer qazandırıb.

Əbədiyaşar liderimiz Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə
xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də
Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi
çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət
göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və
sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını
qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi
partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.

Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün
sıralarında 700 mindən çox üzvü birləşdirərək ölkənin avanqard
siyasi qüvvəsi kimi respublikamızda YAP-ın Sədri, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq
proseslərinin önündə gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp