Şəkidə reyd: 25 sürücü cərimələndi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şəki rayonunda qaydaları pozan sürücülərə qarşı reyd
keçirilib.

“Report”un məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinin Şəki regional şöbəsi və Dövlət Yol Polisi əməkdaşlarının
keçirdiyi tədbir sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək
səviyyədə təmin olunması məqsədi daşıyır.

Belə ki, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma,
sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni sərnişin daşınması
ilə məşğul olan sürücülər müəyyənləşdirilib. Reyd zamanı 100-dən
çox avtonəqliyyat vasitəsi saxlanılıb, 25 sürücü haqqında isə
müvafiq tədbirlər görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir