ABŞ ərəblərin üzərindən KİMLƏRİ HƏDƏF ALIR?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yaxın Şərqdə yeni hərbi ittifaq yaradılır. İttifaq ərəb
dövlətlərini İŞİD, həmçinin “İran təhlükəsi”nə qarşı birləşdirə
bilər. Onun MESA (Middle East Strategic Alliance) adlanacağı və
NATO-nun “ərəb analoqu”nun olacağı gözlənilir.

Publika.az xəbər verir ki, yaradılması
planlaşdırılan yeni ittifaqın hədəflərini şərh edən Ukraynanın
“Obozrevatel” nəşrinin yazdığına görə, onun əsas məqsədi ərəb
dünyasında İran və Rusiyanın mövqelərini vurmaq olacaq.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr
bildirib ki, bir sıra ərəb ölkələri Yaxın Şərqin “xarici
təcavüzdən” müdafiəsi üçün təhlükəsizlik üzrə yeni razılaşma
haqqında ABŞ-la danışıqlar aparır. Hər şeydən əvvəl, Səudiyyə
Ərəbistanı, Misir və İordaniyanın ittifaqından söhbət gedir.

“Hədəf regionu xarici təcavüzdən qoruyacaq və ABŞ ilə region
ölkələr arasında münasibətləri möhkəmləndirə biləcək təhlükəsizlik
sahəsində razılaşmalara nail olmaqdır”, – Əl-Cubeyr Ər-Riyadda Fars
körfəzi ölkələrinin əməkdaşlıq Şurasının sammitinin nəticələrinə
dair keçirilən mətbuat konfransında deyib.

Yeni ittifaqın əsas potensial rəqibinin İran olduğu bildirilir.
İran çoxdan regiondakı proseslərə təsir edir. Artıq Suriya və Yəmən
İran və Səudiyyə Ərəbistanı arasında döyüş meydanına çevrilib.

“Burada əsas təhlükə İŞİD-dir. Bundan başqa, potensial rəqib
İran, həmçinin şiə dünyası üzrə onun müttəfiqləridir. Sünni
ölkələri daxili vəziyyət baxımından təhlükə görürlər. Geosiyasət
nöqteyi-nəzərindən hərbi blokların yaradılması dünyada gərginliyin
artmasının müjdəçisidir”, – nəşrə beynəlxalq hüquq mütəxəssisi
Andrey Buzarov söyləyib.

Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İqor Semivolos
həmçinin vurğulayıb ki, ittifaqın əsas hədəfi İran və radikal
təşkilatlardır.

“Bütovlükdə onu Yaxın Şərqdə NATO-nun analoqu kimi təsəvvür
etmək olar. Ən azından, tarixdə belə ittifaqların yaradılmasının
bir neçə nümunəsi var, amma onlar həmişə Vaşinqton tərəfindən
dəstəkləniblər. Aydındır ki, blok kimlərə qarşı yönəldiləcək: bu,
İran və radikal təşkilatlardır”,- ekspert hesab edir.

İttifaqın daha bir mümkün hədəfi Rusiyadır. Son bir ərzində
Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının varis
şahzadəsi Məhəmməd bin Salmanla münasibətləri qaydaya salmağa
çalışıb. Ərəb şahzadə hətta 2018-ci il futbol üzrə dünya çempionatı
ərəfəsində rəsmi səfərlə Moskvaya gəldi. Siyasətlər son G20
sammitində də mehribancasına salamlaşdılar.

“Lakin onların arasındakı dostluq münasibətləri heç də
uzunmüddətli qarşılıqlı dəstəyə zəmanət vermir. Məsələ ondadır ki,
Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ABŞ-ın əsas partnyorlarından
biridir. Ölkələr arasında hərbi əməkdaşlığı müəyyən edən
razılaşmalar və müqavilələr imzalanıb. Bundan başqa, Səudiyyənin
müxalifət jurnalisti Camal Qaşıqçının qətli ətrafında yaranan
qalmaqal, ehtimal ki, varis şahzadəni ABŞ-a müəyyən güzəştlərinə
getməyə məcbur edəcək. Səudiyyə Ərəbistanı və İran arasında
həmçinin, əngəl daşı İran olaraq qalır. İran regionda Rusiyanın
strateji partnyordur və ABŞ tərəfindən hücum halında hərbi
müdafiəyə zəmanət verir”, – “Obozrevatel” qeyd edib.

İqor Semivolos vurğulayıb ki, Şərqdə NATO-nun analoqunu yaratmaq
ideyası realdır.

“Amma ölkələrdən hər biri öz maraqlarına malikdir, çox inanmıram
ki, belə təşəbbüs sabit ola bilər. Elan edəcəklər ki, ola bilər.
Yaradacaqlar, amma bu ittifaq çətin ki, uzun müddət işləsin. Yaxın
Şərq sünni ölkələri arasında Misiri ayırmaq olar. İordaniya, Qətər,
Yəmən, BƏƏ, Bəhreyn, Küveyt, Oman zəif ölkələrdir. Düzdür, onlar
dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edirlər. Amma
hərbi planda bu ölkələr kifayət qədər zəifdir”, – Semivolos hesab
edir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir