Tramp üçün qorxunc ehtimal REALLAŞIR: 2019-cu ilin yanvarında…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar
Partiyasından olan üzvlər prezident Donald Trampın impiçmenti
haqqında dinləmələrin keçirilməsi məsələsini qoya
bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bu haqda Konqresin aşağı palatasının üzvü Cerald Nadler
bildirib.

Konqres üzvünün fikrincə, Amerika lideri özünü “fırıldaqçılarla
mühasirəyə alıb” və bu, 2016-cı ildə seçkilərdə qalib gəlmək
məqsədi ilə “Amerika xalqına qarşı sui-qəsd”in bir hissəsidir.

Daha əvvəl Vaşinqton Post” nəşrinin yazdığına görə, Rusiya
vətəndaşları Donald Trampın seçkiqabağı kampaniyası və prezident
müddətinin başlanğıcı zamanı onun ən azı 14 silahdaşı ilə əlaqədə
olublar.

Nəşrin məlumatına görə, onların arasında Rusiya səfiri, baş
nazir müavini, ağır atletika idmançısı, vəkil və sovet ordusunun
veteranı da olub. Qəzet yazır ki, rusiyalılar Trampın ailə üzvləri,
onun dostları və yaxınları ilə daim əlaqə yaradırdılar.

Nəşr iddia edir ki, bəzi rusiyalılar Trampa seçki kampaniyanın
keçirilməsində kömək təklif edirdilər, hətta Rusiya prezidenti
Vladimir Putinlə görüşün keçirilməsi haqqında təkliflər var idi.
Qəzet bildirir ki, çoxları belə aktiv qarşılıqlı münasibətləri son
dərəcə qeyri-adi hesab edirdilər.

Qeyd edək ki, Rusiyanın Amerika seçkilərinə müdaxiləsı və
Trampın Rusiya ilə güman edilən əlaqələri xüsusi prokuror Robert
Müller, həmçinin ABŞ Konqresinin hər iki palatası tərəfindən
araşdırılır.

Xatırladaq ki, noyabrın 6-da Konqresə keçirilən aralıq
seçkilərinin nəticəsi olaraq Nümayəndələr Palatasında demokratlar
üstünlüyünü təmin edib. Nyu-Yorkdan olan demokrat Nadlerin isə
gələn ilin yanvarında Nümayəndələr Palatasının hüquq komitəsinin
sədri olacağı ehtimal edilir.

“Politico” nəşrinin mənbələrə istinadən daha əvvəl yazdığına
görə, demokratlar ABŞ prezidenti Donald Trampın impiçmenti,
həmçinin yeni araşdırma dalğasını başlada bilərlər.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir