Mey Breksit üzrə səsverməni LƏĞV ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Böyük Britaniyanın Baş naziri Tereza Mey Parlamentin
İcmalar palatasında Avropa İttifaqının üzvlüyündən çıxmağın
şərtlərinə dair səsverməni ləğv edib.

Publika.az xəbər verir ki, bu haqda “Bloomberg”
agentliyi mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, siyasətçinin qərarı “dağıdıcı
məğlubiyyət” riskləri ilə izah olunur.

Qeyd edək ki, daha əvvəl Lüksemburqda yerləşən Avropa Ədliyyə
Məhkəməsi Böyük Britaniyaya Breksit haqqında fikrini dəyişməyə
icazə verib.

“Birləşmiş Krallıq Avropa İttifaqı üzvlüyündən çıxmaq niyyəti
barədə birtərəfli bildirişini (29 mart 2017-ci il tarixində Avropa
İttifaqı Şurasına göndərilən sənəd – red.) geri götürməkdə
sərbəstdir”, – məhkəmənin qətnaməsində deyilirdi.

Britaniya parlamentində səsvermənin dekabrın 11-də keçirilməsi
nəzərdə tutulurdu.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir