Nazirlikdə xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir
Həsənovun təsdiq etdiyi plana əsasən, dekabrın 7-də xarici
dövlətlərin silahlı qüvvələrinin ölkəmizdə akkreditə olunmuş hərbi
attaşeləri üçün illik yekun toplantısı keçirilib.

Publika.az Müdafiə Nazirliyinin mətbuat
xidmətinə istinadən xəbər verir ki, toplantıda 28 xarici dövlətin
və beynəlxalq təşkilatın 31 nümayəndəsi iştirak edib.

Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn
Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti,
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda
aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il
ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və
2019-cu ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb. İdarə
rəisi hərbi attaşelərin suallarını cavablandırıb.

Qonaqlar bu cür tədbirlərin keçirilməsinə görə Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də
səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını
vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp