Fransadakı azərbaycanlılara müraciət: Diqqətli olun!

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə
həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin
vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial
şəbəkə vasitəsilə müraciət edib.

Azərtac-ın məlumatına görə, müraciətdə Fransanın dövlət
orqanlarının məlumatına istinadla bildirilir ki, yanacaq vergisinin
artırılmasına qarşı noyabrın 17-də başlayan və ölkənin bütün
regionlarını əhatə edən etiraz aksiyaları nəticəsində 3 nəfər həlak
olub, 28-i polis olmaqla 528 nəfər yaralanıb. Saxlanılan 282
nümayişçidən 157-sinə qarşı rəsmi ittiham irəli sürülüb.

Verilən məlumatlarda kriminal və radikal qrupların üzvlərinin
etiraz aksiyası adı altında kütləvi iğtişaşlar törətdiyi, ictimai
və iaşə obyektlərinə, eləcə də nəqliyyat vasitələrinə zərər
yetirərək talançılıqla məşğul olduğu bildirilib.

Gərgin vəziyyətin davam etməsini nəzərə alaraq səfirlik Fransaya
səfər edən və bu ölkədə olan Azərbaycan vətəndaşlarını baş verən
iğtişaşlarla əlaqədar diqqətli olmağa, nümayişlərin keçirildiyi və
“Sarı jilet”lilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən
çəkinməyə çağırıb.

Yerli KİV-lərdə gedən müzakirə xarakterli verilişlərə istinad
edən səfirlik Azərbaycan vətəndaşlarına dekabrın 8-də evdən
çıxmamağı məsləhət görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir