“İlk dəfə yubkanı mən qaldırmışam” – VİDEO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“4 qat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən
vururam”.

Publika.az xəbər verir ki, bu sözləri
“Səhər-Səhər” verlişinə müsahibə verən Elit Star Cəmilə deyib.
Sözügedən verilişdə “Plastik əməliyyatın qurbanları” mövzusu
müzakirə olunub.

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci
ildə yubkanı mən qaldırmışam. Həqiqətən bədən ölçülərim
90-60-90-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı
saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri
onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni
doğurdan pis etmişdilər” , – deyə Cəmilə etiraf edib.

Eyni zamanda müğənni başqalarının fikrinin onun üçün önəmli
olmadığını deyib:

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm nəyi
necə, harada edirəm. 88-90 % bütün qlobusu gəzmişəm. Azərbaycan,
rus, inglis dilini bilirəm. Hələ gəlin mənim səviyəmə çatın, sonra
danışarsız. Kompüter arxasında oturanların bəziləri qozbeldi,
bəziləri o qədər eybəcərdir ki, insan küçədə görsə, qorxar. Oturub
şərh yazırlar… 4 qat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at
çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən
vururam…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir