Dünyada İLK – Üzən supermarket istifadəyə veriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dubayda – Fars körfəzinin sahilində “Carrefour”
beynəlxalq ticarət şəbəkəsi tərəfindən dünyanın ilk üzən
supermarketi istifadəyə veriləcək.

Publika.az xəbər verir ki, üzən supermarket
yaxtaların ekipaj üzvləri, su motosikletləri və sürətli qayıqları
idarə edən idmançılar, həmçinin çimərliyə gələnlər üçün nəzərdə
tutulub. Burada alıcılara xidmət suda həyata keçiriləcək və
sifarişlər “Kite Beach”, “Jumeirah Public beach” və “Al Sufouh
Beach” çimərliklərinə çatdırılacaq. Supermarketdə müştərilərə 300
çeşiddə mallar – ərzaq məhsulları, qəlyanaltı, içkilər, habelə
kosmetik vasitələr və dərman preparatları təklif olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir