Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının iclasında

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xarici işlər nazirinin müavini Araz Əzimovdekabrın 5-də
NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək”missiyası
üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici
işlər nazirləri səviyyəsində iclasında iştirak edib.

Publika.az xəbər verir ki, iclas zamanı NATO
müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizlik
vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə etdilər,
Əfqanıstanda uzunmüddətli sülh və sabitliyə sadiq olduqlarını ifadə
ediblər.

Nazir müavini Araz Əzimov Əfqanıstan üzrə 13-cü Cenevrə
Konfransı ilə yanaşı, hazırkı iclasın Əfqanıstanda sülhün və
sabitliyin bərqərar olunmasına dəstəyin ifadə edilməsi baxımından
növbəti imkan olduğunu bildirib. O, Azərbaycanın “Qətiyyətli
Dəstək” missiyasına və Əfqanıstanın inkişafına yönələn töhfələrinin
davam etdiriləcəyini vurğulayıb.

Nazir müavini Araz Əzimov Əfqanıstanın suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına Azərbaycanın dəstəyini bir daha ifadə edib.

Xarici işlər nazirinin müavini NATO Mənzil Qərargahına səfəri
çərçivəsində, həmçinin NATO Baş katibinin müavini Rouz Qotemöller
ilə görüş keçirib.

Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın hazırkı
vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan və NATO arasında Sülh naminə Tərəfdaşlıq
Proqramı çərçivəsində ötən 25 il ərzindəki uğurlu əməkdaşlıqdan
bəhs edilib və əldə olunan nailiyyətlərin əhəmiyyəti qeyd
olunub.

Nazir müavini Araz Əzimov Azərbaycanın Alyans ilə müntəzəm
siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirmək əzmində
olduğunu diqqətə çatdırıb.

NATO Baş katibinin müavini Azərbaycanın NATO-nun rəhbərliyi
altında aparılan “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi
qüvvə, tranzit, təlim və maliyyə töhfələrini yüksək qiymətləndirib.
O, Əfqanıstanda sülh və sabitliyin təmininə yönələn səylərinə görə
Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr
aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp