Bakıda bankın 100-dən çox müştərisinə qarşı ŞOK CİNAYƏT

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən
informasiya texnologiyalarından istifadə edilməklə törədilən
kibercinayətlərlə mübarizə, onların qarşısının alınması
istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata
keçirilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə
xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların
100-dən çox müştərisinə məxsus kartlardan 85000 manat pulun şəxsi
hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil
olub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi
əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən
qanunsuz əməli törətməkdə şübhəli, əvvəllər Cinayət Məcəlləsinin
332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında
qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə
məhkum olunan Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker
proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar
və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək
götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı
müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar
olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət
Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompyuter məlumatlarını
qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir