15 ildir iflic olan anasını belində gəzdirən 22 yaşlı gənc

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çində bir gənc iflic olmuş anasını 15 ildir belində
gəzdirir.

Bu barədə “Report” TV “Peope”yə istinadən xəbər verir.

Bildirilir ki, ailə başçısı 2003-cü ildə vəfat edib. 22 yaşlı
gənc yerimə qabiliyyətini itirmiş anasına özü qayğı göstərməli
olub. Qadın xəstəliyi ilə əlaqədar avtomobilə minə bilmir. Buna
görə də oğlu onu belində gəzdirmək məcburiyyəti ilə üzləşib.

Gənc müxtəlif şəhərləri gəzərək, pul qazanmağa çalışıb. O,
2015-ci ildə tikiş fabrikində işə düzəlib. Lakin fabrik yarım il
sonra bağlanıb. Ana və oğlu sonda doğma kəndə qayıdıblar. Sakinlər
burada onları iş və evlə təmin ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp