Corc Buş vəfat etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat
edib.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, ABŞ-ın sabiq prezidenti olan ata Corc Buş 94 yaşında dünyasını
dəyişib.

“İkinci dünya müharibəsi dövrünün dəniz aviatoru, “Texas oil”
təşəbbüsçüsü və 41-ci ABŞ prezidenti Corc Herbert Ualker Buş
noyabrın 30-da, 2018-ci ildə dünyasını dəyişib. Qısa zamanda dəfn
mərasimi ilə bağlı məlumat veriləcək”, – onların ailə sözcüsü Cim
Makqraf rəsmi tvitter səhifəsində qeyd edib.

Qeyd edək ki, ata Buş 1989-1993-cü illərdə ABŞ prezidenti olub.
O, xanımı Barbara Buşun vəfatından sonra, aprel ayında qanında
infeksiya yayıldığına görə xəstəxanaya yatırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp