Xalq artisti konserti üçün arıqlayıb bu hala düşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xalq artisti Aygün Kazımova dekabrın 1-də Bakıda
keçiriləcək “Duy” konserti üçün inanılmaz dərəcədə
arıqlayıb.

Publika.az xəbər verir ki, 47 yaşlı sənətçi
ciddi idman məşqləri və sağlam qidalanma nəticəsində XS ölçüsünə
düşüb. Günlərdir ki, Heydər Əliyev adına İdman və Konsert
Kompleksində məşqlər edən müğənninin 2017-ci ildə çəkilən video
çarxı ilə bu ilki fotosessiyası müqayisə edilib. Hər ikisində qara
bodi geyinən ulduzun görüntülərindən aydın olur ki, o, M ölçüsündən
XS-ə düşə bilib.

Qeyd edək ki, Xalq artistinin konserti üçün səhnə kostyumları
üzərində dünyaca məşhur azərbaycanlı modelyer Rüfət İsmayıl
çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir