Polisdən restoran sahiblərinə XƏBƏRDARLIQ – Bu ov məhsulları ilə əhalini ZƏHƏRLƏMƏYİN

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis
İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi krevet və xərçənglər alan
kafe, restoran, eləcə də bazarlara müraciət edib.

İdarədən Publika.az-a bildirilib ki,
anti-sanitar şəraitdə satılan balıq növləri insan orqanizminə
zərərlidir:

“Eyni zamanda, anti-sanitariya şəraitində satışa çıxarılan
balıqlardan zəhərlənmə halları da son dövrlərdə artıb. Su
Nəqliyyatında Polis İdarəsi dəniz onurğasızlarından sayılan krevet
və xərçəngləri alan kafe, restoran, eləcə də bazarlara müraciət
edərək bildirir ki, anti-sanitar şəraitdə satılan ov məhsullarını
bu tip yerlərdən alıb əhalini zəhərləməsinlər”.

İdarə paytaxt ərazisində antisanitar şəraitdə balıq alveri ilə
məşğul olan şəxslərlə profilaktik və maarifləndirici söhbətlər
həyata keciridiklərini də açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp