Connect with us

Maraqlı

İnsanı ölümə aparan BÖYÜK TƏHLÜKƏ: hər gün ondan istifadə edirik, amma…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İndoneziyanın Vakatobi Milli Parkı ərazisində bu günlərdə
sahilə çıxan 9.5 metrlik balinanın qarnından 6 kiloqram zibil
tapılıb.

Tailand sularında ölən balinanın qarnından 8 kiloqram (80
ədəd plastik paket) plastik zibil aşkarlanıb.

Səbəb?

Çünki hər il 13 milyon ton plastik tullantı dənizlərə və
okeanlara boşaldılır. Təqribi hesablamalara görə, dənizlərə hər
saniyə bir zibil maşınının daşıyacağı qədər zibil atılır.

Niyə?

Çünki dünya əhalisi hər gün 9.6 min ton, ildə təxminən 5
trilyon plastik tullantı istehsal edir. Bu rəqəmdən belə təxmin
etmək olar ki, dünyada istehsal edilən plastik tullantılar istehsal
olunan bütün tullantıların 10 faizə qədərini təşkil edir.

Bəs Azərbaycan?

Azərbaycan da dünyaya sürətlə artan plastik tullantılara
“tövhə”sini verməkdədir. Dövlət Statistika Komitəsinin məlumatları
əsasında aparılmış təhlilə görə, adambaşına ildə 24 kq plastik
tullantı əmələ gəlir. Azərbaycanda Statistika Komitəsinin və Dövlət
Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik
torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə
idxalı isə 5 dəfəyə qədər artıb.

Nə üçün?..

Birləşmiş Millətlər Təşkilatının hesabatında plastik tullantılar
idarə olunmasa (təkrar emala göndərilməsə), çay və dənizlərin təbii
yolla həll olunmayan zibillə dolacağı ilə bağlı xəbərdarlıq
edilir.

Çünki sadəcə, bir plastik qabın təbiətdə əriyərək “yox olması”
üçün 450-500 il vaxt lazımdır.

Bu gün Çinin Tyanjin şəhərinin havası və torpağında metalın
konsentrasiyası mümkün normanı dəfələrlə ötür. Məsələn, şəhərin
yaxınlığında əkilən buğdada qurğuşunun miqdarı Çin standartları ilə
icazə verilən normadan 24 dəfə çoxdur.

Dünyada ən böyük metallurgiya komplekslərdən birinin yerləşdiyi
Norilsk Rusiyanın ən çirkli şəhərlərindən biridir. Şəhərin 130
mindən çox sakini respirator xəstəliklərindən əziyyət çəkir. Şəhər
o qədər çirklənib ki, hökumət 2001-ci ildə əcnəbilərin şəhərə
girişini qadağan edib.

Rusiya Cerjinsk – Şəhərində ötən əsrdə 200 min tondan çox ən
təhlükəli kimyəvi tullantılar basdırılıb. Şəhər sakinlərində orta
yaş həddi 45 il təşkil edir.

400 canlı təhlükə ilə üz-üzə

“Ocean Conservancy” təşkilatının təxminlərinə görə dənizlərdə
yaxın gələcəkdə plastik tullantıların miqdarı 250 milyon tona
çatacaq. 2050-ci ildə dənizlərdə balıqdan çox plastik tullantı
olacaq.

Plastik istifadəyə yararlı maddə olsa da, əslində bir dəfəlik
istifadə üçün istehsal edilir. Buna görə də istehsal edilən plastik
məhsulların təxminən yarısı zibilə çevrilir.

Bu maddələr canlı aləmin həyatını təhlükə qarşısında qoyur.
400-dən çox canlı plastik maddələrinin zərərli təsirlərinə məruz
qalır. 400 canlıdan biri də bizik – insanlar.

“Ocean Conservancy” tərəfindən açıqlanan rəqəmlərə görə, dəniz
quşlarının 60 faizi, tısbağaların hamısı plastik yeyir. Balıqların
da tərkibində plastik maddələr var. Balıqlar dənizdəki plastik
tullantıları qida sanaraq qəbul edir.

Ən çox plastik istehsal edənlər…

Nə qədər zərərli olsa da, plastik məhsulların istehsalı durmadan
artır. Dünya plastik sənayesində istehsal olunan məhsulun böyük
hissəsi Çin, Yaxın Şərq və Şimali Amerika ölkələri tərəfindən
istehsal olunur.

2013-cü ildə Rusiya 397 min ton polietilen ixrac edib. Rusiyadan
sonra Belarus 104 min ton və Azərbaycan 47 min ton polietilen ixrac
edib.

Düzdür, plastik qabların təkrar emalı mümkündür. Bu zaman ondan
qida sənayesi üçün nəzərdə tutulmayan meyvələrin daşınması üçün
tarlalar, gül qabları, yumurtanın daşınması üçün qablar,
kanalizasiya boruları və s. əşyalar hazırlana bilər. Lakin
plastiklərdən təkrar istifadə istənilən səviyyədə deyil.

Müqayisə üçün qeyd edək ki, bir şüşə qabın təkrar istifadəsi,
ildə 240-dan artıq plastik qabın satın alınmasının və istehsalının
qarşısını alar.

Bununla yanaşı, dünyanın 50 ölkəsi plastik tullantıların
azaldılması üzrə müxtəlif addımlar atır: Bəzi şəhər və ölkələrdə
plastik qablardan istifadəyə ümumiyyətlə, qadağa qoyulub.

Azərbaycanda da plastik qablardan istifadə olunur və bu
vasitələr marketlərdə pulsuz verilir. Bu qablar vergiyə cəlb
olunmur. Plastik tullantılar yığılmır.

Bəs plastiklər, polietilen torbalar nə üçün
zərərlidir?

Araşdırmalara görə, plastik qabların içərisinə 70-90 dərəcədə
içkilər töküləndə istiliyin təsiri ilə onun tərkibindəki monomerlər
ayrılır. Monomerlər insan sağlamlığı üçün zərərli, kanserogen
maddələrdir. Yəni plastik qabın içərisinə tökülən isti su, çay
vasitəsilə bədənimizə toksik maddə qəbul etmiş oluruq. Uzun müddət
bu formada qidalananlar isə xərçəng təhlükəsi ilə üz-üzədir.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi
işçisi, Kimya üzrə elmlər doktoru, ekoloq Zemfira Ağayeva

bildirir ki, bu maddələrdən hazırlanan məhsullardan istifadə
edərkən ilk şərt qaydalara əməl etməkdir.

“Plastik qutuların arxasında hazırlandığı material yazılır.
Təkcə HDPE işarəsi bir rəqəmlə ifadə edilirsə, bu həmin qablarda
bir dəfə istifadə üçün su saxlanıla biləcəyinə işarədir. Həmin
qabda piyvə, günəbaxan yağının saxlanılması doğru deyil. Həmin
qabları ikinci dəfə istifadə etmək olmaz. Bu qablar isti təsirə
məruz qalanda onlardan fenol, formaldehit (zəhərli qaz), stirol
(yüksək toksiki) ayrılır. Bu maddələrdən tibbdə az miqdarda
dezinfeksiya məqsədilə işlədilən fenol buxarı ilə nəfəs aldıqda
selikli qişanı xəstələndirir, dəriyə dəydikdə yanıq əmələ gətirir,
qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik
dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir.
İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. Bu da həmin qablardan
ikinci dəfə istifadə etməyin nə qədər təhlükəli olduğunu göstərir.
Çünki bu zaman həmin maddədən suyun tərkibinə polimerlər daxil
olur. Vakumlu qablaşdırmaları belə uzun müddət saxladıqda onların
tərkibində stafilokok, salmonella bakteriyaları əmələ gəlir. Bu da
məhsulu məhv edir. Ümumiyyətlə, məhsulları plastik qablarda uzun
müddət saxlayanda onlardan sianid, benzol kimi toksiki maddələr
ayrılır.

Əgər qabın üzərində PVH yazılıbsa, onlarda mineral suyu uzun
müddət saxladıqda venol xlorid suyun tərkibinə qarışır. Bu maddə
bədəndə şiş xəstəliklərinin yaranmasına səbəb olub, sinir
hüceyrələrini, orqanizmi tədricən məhv edir”.

Alim bəzi yağların, yoqurt, ağartı məhsullarının bu cür qablarda
saxlanmasının təhlükəsinə də aydınlıq gətirib:

“Məsələn, mən maye yağı marketdən alan kimi onları evdə şüşə
qablara tökürəm. Şüşə qabda məhsulu müəyyən müddət saxlamaq olar.
Lakin plastik qabda olan maye yağı açandan sonra günəş şüalarının
təsiri altında saxlamaq çox təhlükəlidir. Bu zaman yenə də əvvəldə
sadaladığım kimyəvi maddələr qidanın tərkibinə keçir. Məhsulun
polietilen torbada soyuducuya yerləşdirilməsi də təhlükəlidir.
Xüsusən, nazik torbalar daha təhlükəlidir. Bəzən deyilir ki, soyuq
mühitdə zərərli olmaz. Lakin istər soyuq, istərsə də isti mühitdə
bu məhsulların tərkibi eyni formada dəyişir, polimerlər çevrilir
məhsulu məhv edir. Polimerlər sinir sistemini sıradan çıxarır. Bəzi
ölkələrdə soyuducuda məhsulların saxlanılması üçün xüsusi paketlər
var. Soyuducuya qalın paketlərdən istifadə etmək olar. Uşaqların
qidalanması üçün ümumiyyətlə, plastik qablardan istifadə
yolverilməzdir”.

Z.Ağayeva plastik və polietilen torbaların tərkibindən ayrılan
maddələrin nəticələrinin artıq müşahidə edildiyini deyir:

“Bu gün gənclərdə sonsuzluq, cinsi zəiflik, hormonal problemlər
plastik qablardan düzgün istifadə ilə əlaqədardır”.

Təbii ki, bu məlumatları oxuyarkən ilk ağla gələn həmin
məhsullardan istifadəni qadağan etmək və ya məhdudlaşdırmaqdır.
Lakin bunu tətbiq etmək o qədər də asan deyil.

Əhali imtina etməlidir…

Azad İstehlakçılar İctimai
Birliyinin sədri Eyyub Hüseynov Publika.az
-a açıqlamasında
bildirib ki, bu mallardan istifadəni adminstrativ yolla
məhdudlaşdırmaq mümkün deyil.

“İlk növbədə islehlakçının bu mallara təlabatı azalmalıdır.
Bununla yanaşı Müstəqil Dövlətlər Birliyi ölkələrində istifadə
edilən təcrübədən yararlana bilərik. Yəni istehlakçılara
məhsulların qablaşdırılması üçün daha nazik və şəffaf torbalar
verilir, həmin torbalar pulla satılır. Azərbaycanda bu təcrübənin
tətbiqinin tərəfdarıyıq. Əhali üçün bazar torbası olaraq ən uğurlu
seçimi “talış zənbil”i ola bilər. Həsirdən hazırlanan bu çantalar
çox uğurludur. Hətta xarici ölkələrə də satıla bilər.

Polietilen torbalardan istifadəni məhdudlaşdırmaq üçün
sahibkarlar, dövlət qurumları və ictimaiyyət birlikdə mübarizə
aparmalıdır. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atılır.
Lakin ilk növbədə əhali bundan imtina etməlidir. Əvəzində parça
torbalardan da istifadə edilə bilər”.

E.Hüseynov bildirib ki, “streçlərlə bağlı Azad İstehlakçılar
Birliyi tərəfindən ayrıca tədqiqat aparılıb:

“Azərbaycanda iki cür “streçlər” satılır. Onlardan biri sarı
rəngli, azca yağlılığı olan və azca qoxu gələnlər təhlükəli hesab
edilir. Şəffaf, qoxu gəlməyən “streçlər” isə daha təhlükəsiz hesab
edilir. Biz dəfələrlə dövlət orqanları, biznes qurumlarına
toyuqları təhlükəli “streç”ə bükməmək barədə xəbərdarlıq etmişik.
Çox təəssüf ki, bütün broyler şirkətləri məhsullarını təhlükəli
streçə bükür. Avropa İttifaqının həmin streçlərin təhlükəli olması
ilə bağlı ayrıca direktiv sənədləri pozurlar. Ən təhlükəli məqam
plastik qablara körpə qidalarının yerləşdirilməsidir. Bəzən uşaq
qidalarını da bu qablarda verirlər. Bazarlarda plastik qablara
şoraba qoyur, içərisinə üzüm yarpağı doldurub üzərində kimyəvi
maddələr əlavə edirlər. Hesab edirəm ki, ən qorxulu məqamlar
bunlardır”.

Vergiyə cəlb edilə bilər…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri
Mehman Nəbiyev
son 20-25 il ərzində bütün dünyada plastik
materiallardan hazırlanan məhsulların istifadə dairəsi
genişlənməsinin narahatlıq doğurduğunu deyir:

“Artıq məişət əşyaları arasında plastik məhsulların sayı artır.
Ucuz və asan başa gəldiyindən qablaşdırmada çox dən istifadə
edilir. Nəticədə çoxlu tullantı yaranır. Ona görə də dünyada bu
məhsullardan istifadənin azaltmaq üzərində düşünürlür. Bunun üçün
ilkin şərt istifadəni məhdudlaşdırmaqdır. Hər bir ölkənin bununla
bağlı müxtəlif strategiyası var. Məsələn, tərkibində plastik
materialın daha az olduğu məhsullar istehsal etmək, ya da
marketlərdə ərzaqların yığıldığı torbaların vergiyə cəlb edilməsini
nümunə göstərə bilərik. Polietilen torbalar əvəzində kağız və ya
parça torbalardan istifadə edilir. Türkiyədə 15-50 mikronluq
torbalar, Gürcüstanda 15 mikrona qədər torbalar qadağan edilib. Bu
məhsullardan istifadəni tam qadağa edə bilmirik. Amma məhdudiyyət
ola bilər”.

Nazirlik rəsmisi deyir ki, Azərbaycanda tullantının çoxalmasını
ən çox təbiət qoynunda, meşələrdə hiss etmək olur:

“Bu torbalar təbiəti çirkləndirir, korlayır, həm də təbiətə
düşəndə uzun illər həll olmur. Bu zaman torpağın tərkibinə,
mikroorqanizmlərin inkişafına ziyan vurur”.

Hamısı zərərlidir deyərək, imtina edə
bilmərik

Qanunvericilikdə bu məhsullardan istifadəni məhdudlaşdırmaq üçün
ilk növbədə ictimai rəyin öyrənilməsini vacib hesab edən
millət vəkili Musa Quliyev sosial tələb
öyrənildikdən sonra dəyişikliyin təklif edilə biləcəyini deyir:

“Mediada bu mövzulara yer ayrılması, ictimailəşdirilməsi son
dərəcə vacibdir. İctimaiyyətdə müəyyən müzakirələr aparıldıqdan
sonra qanunda dəyişikliyin edilməsi üçün müəyyən forma tapıla
bilər. Dünyanın bir sıra ölkələrində polietilen torbalar
marketlərdə pullu satılır, bəzi ölkələrdə bu məhsullarla ətraf
mühiti çirkləndirməyə görə cərimələr müəyyən edilib. Bir sıra
ölkələrdə bu məhsulların istehsalı və istifadəsi qadağandır.
Əvəzində kağız və ya parça materiallardan istifadə edilir. Biz də
bu üsullardan birini tətbiq edə bilərik”.

Millət vəkili bildirib ki, insanlar özləri də bu məsələdə
diqqətli olmalıdır:

“Məsələn, marketə, bazara gedəndə çoxistifadəli zənbillərdən
istifadə edə bilərlər. Ötən əsrin 60-70-ci illərində qamışdan
hörülən səbətlər istifadə edilirdi. İndi onların yenidən dəbə
mindirmək olar. Bu həm də kənd təsərrüfatında bir canlanmaya səbəb
ola bilər. Kənddə yaşayanlar üçün məsuliyyət və qazanc yeri olar.
Həm də ekoloji baxımdan təmizdir”.

Plastik qablarda qablaşdırmalara məhdudiyyətin qoyulmasına
gəldikdə, millət vəkili bildirib ki, bu cür məhsulların hamısına
qadağa qoymağın çətinlik yarada biləcəyini deyib: “Şüşə və ya
emallı qabların istehsalı çox məsrəfli olur. Bu da həm istehsalçı,
həm də alıcılar üçün sərfəli deyil. Bu məsələni qısa zamanda həll
edə bilmərik. Bunların hamısı zərərlidir deyərək, imtina edə
bilmərik”.

Gülxar Şərif

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı

Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: Gecə yatarkən…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daha çox çiy xörəklər və dırnaq yedikdən sonra ortaya
çıxan parazitlər ciddi sağlamlıq problemlərinə səbəb olur.
Parazitlərin simptomları nələrdir? Parazitləri yox etməyin
müalicəsi varmı?

Publika.az parazitlərin öhdəsindən necə
gəlməyin yollarını təqdim edir.

Parazitə necə yoluxuruq?

Parazitlər insan bədəninə iki yolla daxil ola bilir: suda
yaşayan amöblər və tam bişməmiş yeməyin tərkibində qalan
qurdcuqlar. Parazitlər başqa canlının daxilində yaşamaya məhkumdur.
Lakin eyni zamanda yaşadıqları canlını deformasiyaya
uğradırlar.

Təmizlənməyən meyvə və tərəvəzlərdən, xüsusilə, yaşıllıqlardan
mədəyə, oradan isə bağırsaqlara daxil olaraq özlərinə həyat
qururlar. Digər növ isə təmiz olmayan sudan ağız vasitəsilə bədənə
daxil olur. Parazitlər insan bədəninin hər yerində yaşaya
bilir.

Aparılan araşdırmalara kolbasa və sosis kimi ət məhsullarından
parazitə yoluxma faizinin daha yüksək olduğunu ortaya qoyub. Bunun
səbəbi isə qidaların bişirilməmiş olması və sıxışdırılmış halda
istehsal edilməsidir.

Bütün bunlarla yanaşı, kirpiklərdə, qaşlarda və dərinin
məsamələrində də yaşaya bilən parazitlər vardır. Bunlar hava yolu
ilə vücuda yapışır. Çirkli yerlərdə insana bulaşan bu parazitlər
insan yatarkən hərəkətə keçir. Səhər yuxudan oyanarkən müxtəlif
yerlərdə qızarıqlıq və dərinin deformasiyasını görürsünüzsə, böyük
ehtimalla, səbəb parazitlərdir.

Parazitlərin növləri

1. Parazitlər çeşidinə görə, fərqli simptomlar göstərir.
Bağırsaq parazitləri qurd olduqlarına görə, nəcisin bağırsaqlardan
xaric olunması əsnasında düz bağırsaqda qaşıntı yaradır. Şiddətli
qarın ağrısı, qızarıqlıq, çəki itirmək və vitamin minerallarının
azalması da parazit səbəbilə baş verə bilər. Bu da halsızlıq,
yorğunluq, dəri rənginin solması kimi ağır hallara gətirib
çıxarır.

2. Su yolu ilə keçən parazitlərin ən çox yayılan simptomu
ishaldır. Vücud sürətli şəkildə su itirir. Baş ağrısı, iştahsızlıq
və mədədə ani ağrılar yaranır. Sinir sisteminə zərər verə bilən
parazitlər hərəkətlərin məhdudlaşmasına belə səbəb ola bilər.

3. Vücudun xarici bölgələrində yaşayan parazitlər göz və
ağızətrafı nayihələrdə yaralar, qaşıntı, qızarıqlıq yarada bilir.
Eyni zamanda, saç tökülməsi probleminə yol açır.

Parazitlərdən qurtulmaq üçün necə müalicə etmək
lazımdır?

Bağırsaq paraziti olan şəxsin bütün ailəsi müalicə götürməlidir.
Bunun səbəbi isə bu parazit növünün digərlərinə nisbətən daha tez
yoluxmasıdır. Bütün parazit növlərinin təmizlənməsi üçün gigiyenik
təmizlik əhəmiyyətlidir. Bu səbəbdən şəxsi gigiyenaya diqqət etmək
mütləqdir. Paraziti olan şəxslər sağlam qidalanmaya üstünlük
verməlidir. Xüsusilə, pomidor və portağal tez-tez qəbul
edilməlidir.

Qaş və kirpiklərdə olan parazitləri təmizləmək üçün gecə
yatarkən həmin bölgələrə lavanda yağı çəkmək lazımdır. Eyni
zamanda, yataq örtükləri də lavanda ilə yuyulmalıdır. Bağırsaq
qurdlarını təmizləmək üçün gündə bir yemək qaşığı çiy kəklikotu
bədənə qəbul edilməlidir.

Zümrüd

Continue Reading

Maraqlı

Rəqəmlərin həyatımıza möcüzəvi təsiri – MÜTLƏQ OXUYUN

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bütün həyatımız rəqəmlər üzərində qurulub. İstəsək də,
istəməsək də onlar bizim taleyimizə əsaslı təsir edirlər. Odur ki,
xoşbəxt olmaq, varlanıb sağlam yaşamaq istəyirsinizsə, onlarla
dostlaşın.

Publika.az rəqəmlərin sehrindən bəhs edən yazını təqdim
edir.

Məsələn pulunuz bitmək üzrədir, vacib görüşə gecikirsiniz. Bu
durumda prosesi tezləşdirmək üçün 20 rəqəmini tez-tez təkrarlayın.
Belə ki, 2- gücünüzü artırır, 0- qarşınıza çıxan mənfi təsirləri
durdurur.

Əksinə hadisələrin gedişatını gecikdirmək istəyirsinizsə, 4
rəqəmini təkrarlayın. Məsələn oğlunuz gəlib evlənmək istədiyini
bildirir, siz isə bu xəbərə hələ hazır deyilsiniz. Belə ki,
4-bərabərtərəfli kvadratdır, hansı küncə doğru qaçsan,
dayanacaqdır.

Həyatınıza əlavə etmək istədiyiniz nələrlə varsa, 7+1 deyə
təkrarlayın. 7-sirli işlər, 1-enerji və məqsədin simvoludur.

Nələrdənsə qurtulmaq üçün 10-1 deyə təkrarlayın. Söhbət
problemlərdən və artıq çəkiinzdən də gedə bilər.

Çünki 9 dəyişiklik rəmzidir.

Müdirinizlə, yaxud digər insanlarla münasibət qurmaq üçün 40/40
(qırxda qırx) deyə təkrarlayın. Nələrisə məhv etmək üçün isə 44
deyin. Çünki 4 ildırıma bənzəyir. İki 4-ün birləşməsi isə istənilən
narahatlığı dəf edə bilər. Həm də bu iki rəqəmi toplayanda 8
alınır. 8 ilə sonsuzluq rəmzidir. Demək bütün dərdlərinizi
sonsuzadək məhv edirsiniz.

Xoşbəxtlik, şans üçün 21 rəqəmini dilə gətirin. Heç nə üçün vaxt
çatdıra bilmirsinizsə, 91 rəqəmini təkrarlayın.

Çünki 9-dəyişiklik, son, 1- başlanğıc və sürətdir.

Deyilənə görə 911 xidmətinin sirri də buradan gəlir.

Leyla Sarabi

Continue Reading

Maraqlı

Saçları daha sağlam edən 6 MƏHSUL

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gözəl saçlar yalnız yaxşı qulluğun deyil, həm də düzgün
qidalanmanın nəticəsidir. Şirniyyat və fəstfuddan imtina etmək
hamının xoşuna gəlmir, amma keyfiyyətli qidalanmanın üstünlükləri
danılmazdır. Saç folekulları tez-tez dəyişir, onların faydalı
maddələrə ehtiyacı var. Kalori məhdudlaşdırması nəticəsində
vitamin, mineral, zülal, yağ turşuları azalır, bu, saç və baş
dərisi strukturunda dəyişikliklərə, hətta saçların vəziyyətinin
pisləşməsinə səbəb olur. Bəs saçların sağlam görünməsi üçün nə
yeməliyik?

Publika.az xəbər verir ki, saçların sağlam və
gur olması üçün kifayət qədər vitamin və mikroelementlər tələb
olunur:

Dəmir

A vitamini

B qrupu vitaminləri, xüsusilə В6 və В12

D vitamini

Omeqa-3 yağ turşuları

Sink

Selen

Maqnezium

Sağlam qidalanmaya baxmayaraq, saçlar tökülməyə və solğunlaşmağa
davam edirsə, bu, daxili orqanların xəstəlikləri ilə bağlı ola
bilər. Məsələn, tiroid vəzi. Bu halda həkimə müraciət etmək
lazımdır.

1. Qoz

Araşdırmalar göstərib ki, Omeqa-3 və Omeqa-6 yağ turşuları saç
tökülməsinin qarşısını alır və onların artımını stimullaşdırır.
Bundan başqa, qoz yağı baş dərisi və saç folekulları üçün təbii
elementdir. Qoz B və E vitamini, həmçinin sinklə zəngindir. E
vitamini saç üçün xüsusilə faydalıdır, o baş dərisinin
iltihablanmasının qarşısını alır və hüceyrələrin sağlam qalmasına
kömək edir.

2. Stridiya

Araşdırmalara görə, yer üzündə insanların 80% -i dəmir
çatışmazlığından əziyyət çəkir. Hətta dəmir səviyyəsinin çox az
dəyişməsi də saçlara mənfi təsir göstərə bilər. Dəmirin ən zəngin
mənbələri bunlardır: qırmızı ət, göyərti, taxıl məhsulları, paxla
və yumurta. Amma onun ən güclü mənbəyi stridiyadır. Onların hər
birində 4,5 mq dəmir və 14 mq sink var.

3. İspanaq

İspanaq da əla dəmir mənbəyidir. Bundan başqa, o, fol
turşusuyla, A və C vitaminləriylə zəngindir, Sonuncu saçların
möhkəmlənməsi və kollagen sintezi üçün vacibdir.

4. Mal əti

Qırmızı ət Omeqa-3, dəmir və yağ turşularıyla çox zəngindir. Bir
kiçik porsiyada 2 mq dəmir, 6 q faydalı doymamış yağlar və 22 q
zülal var.

5. Yumurta

Zülal və biotin mənbəyi olan yumurta saç üçün çox vacibdir.
Bundan başqa, onda D vitamini olur.

6. Qızıl balıq

Yağlı balıq Omeqa-3, zülalla, D vitamini ilə və yağlı turşularla
zəngindir. Bu komponentlər baş dərisinin vəziyyətini yaxşılaşdırır
və saçların yaxşı görünməsini təmin edir.

Aytən

Continue Reading

ən çox oxunanlar