Bunu etsələr, Rusiya NATO gəmilərini batıracaq – Moskvadan TƏHDİD

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“NATO-da anlayırlar ki, ittifaq gəmilərinin Azov
dənizinə göndərilməsi hansı nəticələrə gətirib çıxara
bilər”.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın
Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov NATO
gəmilərinin Azov dənizinə girəcəyi halda, Rusiyanın onları
vurub-vurmayacağı barədə suala cavab olaraq “EurActiv” informasiya
resursuna bildirib.

“Bu, əlbəttə, onların davranışından asılı olacaq, amma əminəm
ki, NATO belə təhlükəli addıma cəhd edəcək qədər axmaq deyil”, –
rusiyalı diplomat deyib.

O həmçinin qeyd edib ki, NATO gəmiləri nəzəri olaraq “dost
səfəri” çərçivəsində həm Rusiya, həm də Ukraynanın icazəsi ilə gələ
bilər.

“Rusiya çətin ki, belə səfərə razılığı verəcək”, – Çijov əlavə
edib.

Daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Bild”
nəşrinə bildirib ki, Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar
NATO gəmilərinin hadisə rayonuna göndəriləcəyinə bel bağlayır.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında
silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini
saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24
Ukrayna hərbçisi saxlanılıb. Məhkəmə 24 dənizçidən 15-i barədə həbs
qəti-imkan tədbiri seçib.

Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri
azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini
qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz
hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç
boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya
müqaviləsi pozub.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp