Azərbaycan klubunun oyunlarını izləyən gizli kəşfiyyatçı DEŞİFRƏ OLDU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tehranda Güney Azərbaycanın “Traktor” futbol klubunun
tərəfdarlarının və milli-mədəni fəalın həbs edilməsinə göstəriş
verən şəxsin adı məlum olub.

Publika.az xəbər verir ki, kimliyi azərbaycanlı
fəallar tərəfindən müəyyən edilən şəxsin adı Səməd Cohəridir. O,
İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Təbrizdəki
təcridxanasının rəisidir.

Səməd Cohərinin fotosu noyabrın 25-də Tehranda (“Azadi”
stadionu) “Traktor”-“Perspolis” görüşündə çəkilib.

Məlum olub ki, Cohəri həmin görüşdə həmkarları ilə birlikdə
xüsusi fəallıq göstərən “Traktor” tərəfdarlarını müəyyənləşdirməyə
çalışıb.

Onun “Traktor”un bütün görüşlərində gizli şəkildə iştirak etdiyi
də iddialar arasında yer alıb.

Qeyd edək ki, futbol klubları arasındakı görüşdə “Perspolis”
tərəfdarları “Artsax” sözü yazılmış banner nümayiş etdirərək,
Azərbaycana qarşı işğalçı Ermənistana dəstək veriblər.

Həmçinin azərbaycanlıların ünvanına təhqiramiz şüarlar
səsləndiriblər. “Perspolis” tərəfdarlarının bu addımı Güney
Azərbaycanda etirazlara səbəb olub.

Qarşılaşmada çəkilmiş fotonu təqdim edirik: (teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir