Axtarışda olan 17 nəfər borclu saxlanıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Noyabrın 29-dan 30-dək daxili işlər orqanlarında qeydə
alınmış cinayət və hadisələr haqqında statistik məlumat
açıqlanıb.

Daxili İşlər Nazirliyindən Publika.aza verilən
məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün
ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti
izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin
açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5
fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir