2019-cu ilin yaşayış minimumu və ehtiyac meyarı TƏSDİQLƏNDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Milli Məclisin iclasında” 2019-cu il üçün yaşayış
minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul
edilib.

Publika.az xəbər verir ki, sənəddə göstərilib
ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə
tutulub.

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173
manat olub.

İclasda Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə
qoyulub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat
məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə
180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar
üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq yekun –III oxunuşda qəbul
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir