İranda azərbaycanlı millət vəkilləri AYAĞA QALXDI: Ermənistana dəstək verənləri…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bazar günü Tehranın “Azadi” stadionunda “Persopolis”
azarkeşlərinin işğalçı Ermənistana dəstək nümayiş etdirməsi İran
parlamentinin azərbaycanlı millət vəkillərini dilə
gətirib.

Publika.az xəbər verir ki, Təbriz, Azərşəhr
(Tufarqan) və Uskünün (Üşkaya) millət vəkili Zəhra Sai stadionda
Dağlıq Qarabağa ermənilər tərəfindən qoyulan adın – “Artsax”
yazılmış parçanın nümayiş etdirilməsini kəskin qınayıb.

Millət vəkili bu barədə yerli “Məclis və Azərbaycan” agentliyinə
açıqlamasında deyib.

“Belə işlər milli birliyə qarşı istiqamətlənib. Bu, bir fitnədir
və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə
təhqirlərə düzgün cavab verməlidir. Gənclər və idman nazirindən
tələb edəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab
verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracam”, – deyə o
bildirib.

Zəhra Sai “Perspolis”in şovinist fars tərəfdarlarının Azərbaycan
türklərinin ünvanına səsləndirdikləri şüar və söyüşlərə də
münasibət bildirib:

“Mərkəzi şəhəri Təbriz olan Azərbaycan İranın həssas dövrlərində
xüsusi rol oynayıb. Bu, inqilab dövrü və 8 illik müharibə zamanı da
belə olub. Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb.
“Traxtur” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi
kimi, “Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib.
Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda
şiəliyin beşiyidir. Bütün hallarda ölkədə etnikləri aşağılamaq
qəbuledilməzdir, bu, böyük Azərbaycan millətinə də şamildir”, –
deyə o qeyd edib.

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd
Həsənnəcad isə “Artsax” sözünün yazıldığı bannerin nümayiş
etdirilməsinin irqçilik nümunəsi olduğunu deyib.

O bu barədə tvitter səhifəsində fikirlərini paylaşaraq
“Traxtur”-“Perspolis” görüşündə olub-bitənlərə münasibət
bildirib.

Millət vəkili işğalçı Ermənistana dəstək verənləri qınayıb.

Qeyd edək ki, noyabrın 25-də Tehranın “Azadi” stadionunda
“Persopolis” komandası ilə Təbrizin “Traxtur”u qarşılaşıb.

Görüş zamanı “Persopolis”in şovinist fars azarkeşləri qondarma
“Artsax” yazılmış parça nümayiş etdirərək işğalçı Ermənistana
dəstək veriblər. Onlar, həmçinin, Azərbaycan türklərinin ünvanına
müxtəlif şüar və söyüşlər səsləndiriblər. İrqçilərin bu hərəkəti
güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb.
Etirazlar hələ də davam edir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir