Bakı Şəhər İcra Hakimiyyətində qışa hazırlıqla bağlı xüsusi Qərargah yaradıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin
payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları
və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr
olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər
təsərrüfatı və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə
müşavirə keçirilib.

Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, müşavirədə
bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına
əsasən paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı
quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur
layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram
hazırlanır.

Mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində
xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni
zamanda paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə,
həmçinin Şəhər İcra Hakimiyyəti tərkibində fəaliyyət göstərən
departament və təşkilatlarda, eləcə də “Azəriqaz” İB, “Azərişıq”
ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi tərəfindən də
mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanıb, rayonlara
Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri
paylanılıb.

Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı
keçdiyi günlərdə qərargah üzvlərinin, bütün rayonların təsərrüfat
xidmətlərinin xüsusi rejimdə çalışacağı, hər hansı ciddi hal
yaranarsa, dərhal aradan qaldırılması məqsədilə operativ
tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi,
məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan
vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar
müəyyənləşdirilib, şəhər və rayonlardakı kommunal qurumların, digər
idarə və təşkilatların sərancamında olan xüsusi texnikalar saz
vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü
görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.

Müşavirədə, həmçinin yaşayış binalarının dam örtüklərinin,
blokların təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi, qanunsuz
tikinti işləri aparılmasının qarşısının alınması, rayonlarda
abadlıq işlərinin aparılması, sakinlərin istifadəsi üçün yeni abad
məhəllələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir