Azərbaycanda qanlı CİNAYƏTİN TƏFƏRRÜATI – 3 dost kafedə yeyib-içdi, maşında…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş
verib.

Publika.az xəbər verir ki, rayonun Qarasu kənd
sakini 1983-cü il təvəllüdlü Abışov Şərbət Rəşid oğlu bıçaq
xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun qarın nahiyəsindən
ağır xəsarət aldığı məlum olub. Ş.Abışov polisə bildirib ki,
yıxılıb və qarnına dəmir parçası batdığı üçün xəsarət alıb. Lakin
qısa müddət sonra onun yalan məlumat verdiyi üzə çıxıb. Bəlli olub
ki, Ş.Abışovu kəndlərarası yolda 1969-cu il təvəllüdlü İbrahimov
Rafiq Sahib oğlu bıçaqlayıb.

Belə ki, aparılan araşdırmalar zamanı məlum olub ki, Şərbət
Abışov, Rafiq İbrahimov və onların başqa bir dostu dünən kafedə
yeyib içiblər. Daha sonra onlar Ş.Abışovun maşını ilə kəndə
qayıdıblar. Yolda dostlar arasında mübahisə yaşanıb və sürücü
maşını saxlayaraq 49 yaşlı Rafiqin düşməsini tələb edib. Daha sonra
onlar arasındakı dava daha da qızışıb və R.İbrahimov bıçaqla
Şərbətə hücum çəkərək ona zərbə endirib.

Bildirilir ki, hadisə vaxtı hər iki şəxs içkili olub. Lakin
xəstəxanaya çatdırılan Ş.Abışov dostu və qonşusu olan Rafiqdən
şikayət etməyib və yıxıldığını deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam
etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp