Beynəlxalq turnirdə AZƏRBAYCAN FİNALI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi
Qovimuramadhoni Botsvananın paytaxtı Qaboronedə keçirilən “Botswana
International 2018” turnirində 3 medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətində
Publika.az-a verilən məlumata görə, ilk dəfə
beynəlxalq turnirin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib.
Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Edi
və Ezmi yarımfinala gedən yolda bütün rəqiblərinə set vermədən 2:0
hesabı ilə qalib gəliblər.Edi yarımfinalda Misir badmintonçusu
Adham Hatem Elcamalı 2:0 (21-7,21-14) hesabı ilə məğlub edib. Ezmi
Qovimuramadhoni isə 1/2 finalda Bahaedin Əhməd Əlşanniki eyni
hesabla (21-17,21-17) məğlub edib.Həlledici görüşdə Ezmini 2:0
(21-14,21-11) hesabı ilə məğlub edən Edi Reski Dviçayo kişilərin
şəxsi yarışında turnirin qalibi adını qazanıb. Finalda həmkarına
məğlub olan Ezmi Qovimuramadhoni isə gümüş medala layiq gorülüb.
Edi-Ezmi tandemi kişilərin qoşa yarışında da turniri medalla başa
vurublar. Bu kateqoriyada yarışa 1/8 finaldan start verən
təmsilçilərimiz asanlıqla yarımfinala yüksəlib.Bu mərhələdə
Zambiyalı Mark Banda-Nakanda Çezva üzərində 2:0 (21-14,21-14)
hesabı ilə qalib gələn təmsilçilərimiz həlledici görüşdə Donald
Mabo – Mulenqa Kalombonu eyni hesabla məğlub edib 2:0
(21-9,21-19).

Beləliklə, Azərbaycan badmintonçuları həm şəxsi, həm də qoşa
yarışda turnirin qalibi adını qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir