Bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
yanında Monitorinq Mərkəzi”nin yaradılması dilin tətbiqi
istiqamətində görülən işlərin miqyasını
genişləndirəcək.

Publika.az xəbər verir ki, bu sözləri AMEA
Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə
Şükürlü deyib.

Onun sözlərinə görə, Prezident İham Əliyevin 2018-ci il noyabrın
1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına
böyük qayğını ifadə edir. “Azərbaycan Respublikasının Dövlət Dil
Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması dilin
tətbiqi istiqamətində görülən işlərin miqyasını artıracaq.

“Müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar
vardır. Çoxçeşidli informasiyalar həm KİV-də, həm reklamlarda, həm
sosial şəbəkələrdə, həm də virtiual reklamlarda insanların
ixtiyarındadır. Çünki bu cür mətnlər mürəkkəb deyil, sadə hesab
olunur.

Bu gün hər bir şəxsin istənilən informasiyaya qoşulmaq üçün
geniş imkanları var. Buna görə də dil vahidlərindən düzgün istifadə
etmək əsas amillərdən biridir. İnformasiyanın təhlilinə mətnlərin,
dil vahidlərinin çoxluğu ilə deyil, faktların məzmunundan çıxış
edərək yanaşmaq lazımdır.Monitorinqlər zamanı təhlilə cəlb olunan
materiallarda etik normalar da diqqətdə saxlanılsa məqsədəuyğun
olar.

İnsanın intellektual fəaliyyətinin əsas vasitəsi nitqdir. Nitq
vasitəsilə insanlar bir-biriləri ilə informasiya mübadiləsi edir,
məlumat çatdırır. Xəbər və xəbərdəntörəmə, Səhər proqramlarında
Azərbaycan dilinin müasir vəziyyəti, Azərbaycan ədəbi dilinin
təbliği ilə bağlı mövzulara geniş yer verilir. Bu proqramlar
məlumatı yönləndirməklə, auditoriyaya çatdırmaqla yanaşı nitqin
düzgünlüyünə, dəqiqliyinə və münasibliyinə də əməl edirlər”.

T.Şükürlü bildirib ki, ədəbi dilin normalarının inkişafına kömək
edən monitorinqlər özündə bir sıra funksiyalar ehtiva edir:

“İlk növbədə məlumatlandırma funksiyasına diqqət edilməlidir.
Burada monitorinqin metodikası, aparılması yolları açıqlanmalıdır.
Monitorinqlərin aparılması üçün monitorlar (müşahidəçilər)
seçilməli, müəyyən təcrübə keçməlidir. Monitorinqin nəticələri
statistik cəhətdən hesablanmalı, diaqramlarda əks olunmalı, məcmuə
şəklində çap olunmalıdır. Monitorinq aparan ekspertlərin,
dilçilərin rəyləri müqayisə olunmalıdır.

Reklamların və iaşə adlarının, bəzi toponimlərin monitorinqi
açıq müzakirəyə çıxarılmalıdır. Yekun rəy onun istifadəsinin
məqsədəuyğunluğu və dövlət statndartlarına cavab verməsini
müəyyənləşdirməlidir.

İkinci məqam maarifləndirmə funksiyasıdır. Monitorinqin
nəticələri maarifləndirmə funksiyası daşımalıdır. Moniorinqin
nəticələri hər bir oxucuya, tamaşaçıya, vətəndaşa zövq
aşılamalıdır. Təcrübə göstərir ki, monitorinqlər dilin saflığının
qorunması istiqamətində çox böyük fayda verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp