İstirahət günlərinin HAVA PROQNOZU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İstirahət günlərində səyahətə çıxanlar üçün hava
proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
daxil olan məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən
insanların nəzərinə çatdırırıq ki, arabir yağış, dağlıq ərazilərdə
qar yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz
keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi
rayonlarda 8-13, dağlıq rayonlarda 0-5 dərəcə isti təşkil
edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki,
arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi
yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal
temperaturu 8-11, dağlıq rayonlarda 4-7 dərəcə isti təşkil
edəcək.

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Noyabrın
25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman
olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil
edəcək.

Naxçıvan MR-nın bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə
qar yağacağı gözlənilir. Noyabrın 24-də gündüz, 25-də əsasən
yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti
təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə isə çatdırılır ki,hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli
yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim
şimal-qərb küləyi 25-də arabir güclənən cənub küləyi ilə əvəz
olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil
edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp