Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam
rayonunun Baş Qərvənd, Abdinli, Yusifcanlı, Mərzili, Füzuli
rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli,
Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
ordumuzun mövqeləri atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp