İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd
Əşrəf Qaniyə başsağlığı verib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident, Kabil şəhərində
törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və
yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Biz bu dəhşətli terror aktından olduqca hiddətlənir, terrorizmə
qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını
zəruri və vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların
ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp