Gələcəkdə Marsda bu evlərdə yaşayacağıq – Ucuz, rahat və gözəl…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Cal-Earth” şirkəti
“Gələcəyin evləri” layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, şirkət dünya
miqyasında yaşanan mənzil çatışmazlığı probleminə maraqlı həll yolu
tapıb.

Belə ki, “Cal-Earth” qum və gil kimi maya dəyəri ucuz olan və
tamamilə təbiətin qanunlarına uyğun şəkildə evlər tikilməsini
təklif edib. Şirkətdə təlim keçmiş könüllü şəxslər 40-dan çox
ölkədə layihədə nəzərdə tutulduğu kimi evlər inşa edib.

Təbiətin prinsiplərinə və iqlim şəraitinə uyğun olaraq tikilən
bu evlər təhlükəsizlik, gözəllik və rahatlıq baxımından dünya
standartlarına uyğundur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən
təsdiq edilən “Cal-Earth” şirkətinin layihələri bir neçə prestijli
memarlıq mükafatına layiq görülüb.

Bəzi şəxslər bu evlərin Marsda insanların yaşaması üçün uyğun
olduğunu bildirir. Bəziləri isə elmi-fantastik filmlərdəki evlərə
bənzədiyini deyir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir