5 dərəcə şaxta, qar, DAŞQIN OLACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə
bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən
Publika.az-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında noyabrın 21-i gün ərzində Bakıda və Abşeron
yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb
rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin
qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi
yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar
yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə
aşağı enəcək.

Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının
bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə
yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi
axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz
12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil
edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa
yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Bölgələrdə də sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə
yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı,
dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz
12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-5
dərəcə isti təşkil edəcək.

Noyabrın 21-də Abşeron yarımadasında arabir güclənən mülayim
xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar
üçün nisbətən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir