Keçmiş prezident Uruqvaydan sığınacaq istədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Perunun keçmiş dövlət başçı Alan Qarsiya Uruqvaydan
sığınacaq xahiş edib.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bu haqda Perunun Xarici İşlər Nazirliyindən bildiriblər.

Keçmiş prezident hazırda Perunun paytaxtı Limada Uruqvay
səfirinin iqamətgahındadır.

“Uruqvayın səfiri bildirdi ki, Perunun sabiq prezidenti Alan
Qarsiya axşam onun iqamətgahına girib. Keçmiş prezident Uruqvaydan
sığınacaq xahiş edib”, – xəbərdə deyilir.

Qeyd edilir ki, xahiş Uruqvay hökuməti tərəfindən
öyrəniləcək.

Qeyd edək ki, keçən həftə Peru məhkəməsi Qarsiyaya 18 ay ərzində
ölkə ərazisini tərk etməyi qadağan edib. Onunla bağlı rüşvət
haqqında işin istintaqı aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp