Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da olan
nümayəndə heyəti Los Ancelesdən Vaşinqtona gəlib.

Publika.az-a Komitədən verilən məlumata görə,
nümayəndə heyətinin Vaşinqton görüşləri Azərbaycan səfirliyində
ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin
qoyulması ilə başlayıb.

Daha sonra ABŞ Dövlət Departamentində Siyasət və Qiymətləndirmə
direktoru Stefen Guice ilə görüş keçirilib. Görüşdə soydaşlarımızın
inteqrasiyası, Azərbaycan dili və mədəniyyətinin təbliği
proqramlarının təşkili, soydaşlarımıza təhsil və peşə
qabiliyyətinin artırılması imkanlarının yaradılması, uğur qazanmış
amerikalı azərbaycanlılara Dövlət Departamenti tərəfindən xüsusi
dəstək göstərilməsi və soydaşlarımızın sahibkarlıq imkanlarının
təşviqi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə
əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin növbəti görüşü Dünya Bankının binasında
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Maliyyə
Korporasiyasında çalışan azərbaycanlıların assosiasiyasında baş
tutub.

Görüş zamanı ilkin tanışlıqdan sonra burada çalışan və təcrübə
keçən azərbaycanlıların sayının artırılması, azərbaycanlı gənclərin
bu qurumlarda karyera qurmaları üçün ölkəmizdə və xaricdə sistemli
seminarların təşkili, qurumun xarici əməkdaşları arasında ölkəmizin
təbliğ edilməsi və milli-mədəni irsimizin tanıdılması üçün bir sıra
təkliflər müzakirə edilib.

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Türkiyənin
Vaşinqtondakı səfiri Serdar Kılıcla keçirib. Görüş zamanı bütün
dünyada iki qardaş ölkənin xalqları və dövlətləri arasında
qüvvələrin briləşdirilməsi, bu istiqamətdə konkret və strateji
planın qurulması müzakirə edilib. Hər iki xalqın ABŞ-da fəaliyyət
göstərən icmalarının bundan sonra daha da sıx və davamlı işləməsi
qərara alınıb.

Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin
Süleymanov da iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp