İngiltərə şahzadəsinin xanımı ilə 41 milyon dollarlıq LÜKS MALİKANƏSİ

Şahzadə Harri xanımı Meqan Markl üçün 41 milyon
dollarlıq malikanə kirayələyib.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, keçən ay Sidneyə rəsmi səfərə yollanan cütlük şəhərin
bahalı məhəllələrindən olan Point Piperdə təxminən 41 milyon dollar
dəyərində lüks villa icarəyə götürmüşdü. Şahzadə ilə xanımı bir
neçə gün yaşadıqları villanı çox bəyəndiyi üçün evi tez-tez
istifadə etməyə qərar verib.

Mənzərəsi Sidney Limanı Körpüsünə açılan villanın həm daxili,
həm də xarici dekorasiyası ilə heyranlıq doğurur. 2 mərtəbəli ev
bütün aktual texnoloji imkanlarla təchiz edilib. Kral ailəsinin
avtomobilləri üçün kifayət qədər təhlükəsiz və geniş qarajı, böyük
bağı, eyvanları, mənzərəli hovuzu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir