Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransla bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı
Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə
əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam
imzalayıb.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı
narahat edən əsas problemlərdən biridir. Dünya dövlətləri
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və
narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər.

Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət
quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata
keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq
standartlara uyğun institusional və qanunvericilik tədbirləri
həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
münasibətləri qurulmuşdur.

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransınqərarına
əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti
konfransına ev sahibliyi edəcəkdir. Belə bir qərarın qəbul olunması
ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla
tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu
göstərir.

Sərəncamda qeyd olunur ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı
Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı
şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat
Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Əli Həsənov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər
naziri

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər
naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman
naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət
naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
rəisi

Nuşirəvan Məhərrəmov – Azərbaycan Respublikası Milli Televiziya
və Radio Şurasının sədri

Azay Quliyev – Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının
müavini

Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti.

Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 16-18 aprel
tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq
Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı
hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir