ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

Dövlət Departamenti Amerika vətəndaşlarının birbaşa
maliyyə tranzaksiyaları aparmasını qadağan edən hüquqi şəxslər
siyahısına 26 yeni təşkilatın adını əlavə edib.

Publika.az xəbər verir ki, bu barədə idarənin
mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, siyahıya “Kuba silahlı qüvvələrinə məxsus” 16
otel daxil edilib.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri
üzrə müşaviri Con Bolton yaxın günlərdə Kubaya qarşı yeni
sanksiyalar tətbiq olunacağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir