Əcnəbi diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil olundu

12 noyabrda Xarici İşlər Nazirliyinin Azərbaycan
Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA)
inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək
məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə
olaraq təşkil etdiyi Asiyanın və Afrikanın bir sıra ölkələrinin
diplomatları üçün ölkəmizdə “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət
Proqramı” (“Advanced Foreign Service Program for Foreign
Diplomats”)
adlı ixtisasartırma kursunun açılış mərasimi baş
tutub.

Publika.az-ın xəbərinə görə, tədbirdə açılış
nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə və AİDA-nın direktor müavini Aliyə Ağazadə proqram
barədə iştirakçıları məlumatlandırıb.

Proqram beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və
enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və
azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak
edən əcnəbi diplomatlar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və
mədəniyyəti barədə geniş məlumat əldə edir.

3 həftə davam edəcək proqramda Banqladeş, Cibuti, Çin, Efiopiya,
Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik,
Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnamdan olan
diplomatlar iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp