Sərnişin qatarı yük maşını ilə toqquşdu: 18 yaralı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın Krasnodar diyarında sərnişin qatarı yük maşını
ilə toqquşub.

Publika.az xəbər verir ki, sərnişin qatarının
yük maşını ilə dəmir yolu keçidinə çıxması nəticəsində baş verən
toqquşmada maşinist, maşinistin köməkçisi, avtomobilin sürücüsü və
qatarın 15 sərnişini xəsarət alıblar.

Maşinist, maşinistin köməkçisi və avtomobilin sürücüsü
xəstəxanaya yerləşdiriliblər, sərnişinlər isə yüngül xəsarətlərlə
tibbi yardım üçün müraciət ediblər.

Bildirilir ki, toqquşma Timaşevskya və Vedmidovka stansiyaları
arasında olan keçiddə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir