9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi artdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları
istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən
bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8
faiz təşkil edib.

“Report” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam
Kərimovun “Xalq qəzeti”ndə çıxan məqaləsində qeyd olunub.

O bildirib ki, Dünya Bankının məlumatlarına əsasən, bu illər
ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya
üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq
göstəricisindən yuxarı olub:

“Kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də
davam edib, ilk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən
bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq
məhsullarının istehsalı isə 2,7 faiz artıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp