“Qarabağ” “Keşlə” ilə bacarmadı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turundan
təxirə salınmış oyun keçirilib.

Publika.az xəbər verir ki, “Keşlə” doğma
meydanda “Qarabağ”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə
yekunlaşıb.

Matçda ilk qolu “Qarabağ”ın futbolçusu Miçel Madeyra vurub.
İspaniyalı yarımmüdafiəçi 56-cı dəqiqədə hesabı açıb. Paytaxt
klubunun heyətində isə Sertan Taşqın 79-cu dəqiqədə fərqlənməklə
qarşılaşmada tarazlığı bərpa edib. Oyunun 89-cu dəqiqəsində meydan
sahiblərinin futbolçusu Samir Məsimov qırmızı vərəqə alaraq
meydandan qovulub.

 

Görüş “Keşlə”nin yeni baş məşqçisi Tərlan Əhmədovun komandanın
rəhbərliyi altında ilk oyunu olub.

Qeyd edək ki, bu nəticədən sonra “Qarabağ” 17 xalla ikinci,
“Keşlə” isə 6 xalla 7-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp