“Nar” AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan
Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam
etdirir.

Publika.az xəbər verir ki, mobil operatorun
AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda
növbəti təlimi baş tutub. Təlim “Nar”-ın yerli mütəxəssislərindən
ibarət peşəkar texniki heyəti tərəfindən keçirilib. Təlimə qatılan
tələbələr və gənc mühəndislər mobil şəbəkənin fəaliyyəti, mobil
internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları, mövcud
şəbəkələrin işləmə prinsipi və inkişafı haqqında nəzəri və təcrübi
biliklər əldə ediblər. Tələbələrə telekommunikasiya ilə bağlı
suallar verilib. Sualları düzgün cavablandıran tələbələr “Nar”
tərəfindən xüsusi hədiyyələr qazanıblar.

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”-ın
bu təşəbbüsü tələbələrin dərslərində daha uğurlu olmalarına və
gələcək karyeralarında lazım olacaq məlumatlar əldə etmələrinə
xidmət edir.

Xatırladaq ki, 2016-ci ildə Azərbaycan Texniki Universiteti ilə
imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar”
GSM laboratoriyası yaradılıb. Müasir telekommunikasiya
avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki
işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar
keçirilir. Tələbələr mobil rabitə üzrə müxtəlif nəzəri biliklər və
təcrübə əldə etmək fürsəti qazanırlar. Proqram çərçivəsində
praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr
kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atır.
Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə
tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM
strategiyası çərçivəsində həyata keçirilir.

“Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az
saytından əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir