Keçmiş polisi tikə-tikə doğradılar, sonra…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukraynada ata və oğlu 45 yaşlı keçmiş polisi vəhşicəsinə
öldürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, onlar öldürdükləri polisin başını kəsib, daha sonra bişirərək
yeyiblər.

Hadisə polisin cəsədinin bir qonşu tərəfindən aşkarlanmasından
sonra ortaya çıxıb. Kəsilmiş cəsəddə çoxlu sayda bıçaq izi
olub.

Hadisəni araşdıran dedektivlər cəsədin başının olmadığını görüb.
Araşdırma zamanı hadisəni törədən ata və oğulun da evinə baxış
keçirilib. Kəsik baş eyvandakı bir qutuda tapılıb.

Qatillər evlərində yarı çılpaq halda polis tərəfindən
saxlanılıb. Oğlu atasının cəsədin ayaqlarını və qabırğasını
kəsdiyini, daha sonra qaynatdığını etiraf edib.

Vəhşicəsinə öldürülən polisin oktyabrın 4-dən itkin düşdüyü
bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir