Bakıda insanları aldadıb pullarını alan şəxslər tutuldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda və Sumqayıtda dələduzluqla məşğul olan şəxslər
tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən
xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində vətəndaşları aldadaraq dələduzluq yolu ilə
pullarını almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini
Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda
şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov saxlanılıb.

Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı
şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda
şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş
N.Məhərrəmova saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki metal qəbulu
məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik
tullantılar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini,
əvvəllər məhkum olunmuş Rasim Fətəliyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət
əməllərinin də üstü açılıb. Belə ki, onun dələduzluq yolu ilə 3
Sumqayıt şəhər sakininin pullarını alması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir