Temperatur 0 dərəcəyədək düşəcək – HAVA PROQNOZU AÇIQLANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu
açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi
əsəcək. Havanın temperaturunun gecə 8-11° gündüz 17-20° isti
olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 2-7°, gündüz 15-20° isti olacağı
gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti
olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə
duman olacaq. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti
olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Havanın temperaturunun gecə 3-8° gündüz 11-16° isti,
dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək
dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı
bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-12°, gündüz 17-22° isti olacağı
ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Havanın
temperaturunun gecə 8-11°, gündüz 17-20° isti, dağlarda gecə 2-7°,
gündüz 11-16° isti olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp