Sən demə, insan ürəyin dayanması ilə ölmürmüş

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Amerikalı alimlər iddia edir ki, insan öldükdən sonra
gözləri görür və ətrafda baş verənləri dərk edir.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, ölüm tibbi nöqteyi-nəzərdən ürəyin fəaliyyətini
dayandırması hesab olunur. Ürək dayanır və döyünmür. Bundan sonra
insanın yaşaması mümkün deyil. Ancaq beyin ürək kimi ani dayanmır,
tədricən “sönür”. Bu da insanın öldükdən sonra müəyyən zaman
kəsiyində “yaşaması” deməkdir – ətrafda olanları dərk edir, ancaq
reaksiya verə bilmir. Bu vəziyyət ürək dayanandan sonra bir neçə
dəqiqədən 1 saatadək davam edə bilər.

Bu mülahizə kliniki ölüm keçirən pasientlər üzərində aparılan
araşdırma zamanı ortaya çıxıb. Təxminən onlardan yarısı yaşadığı
hissləri xatırlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp