Yük avtomobili aşdı, tıxac yaratdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün səhər saatlarında Xətai rayonu, Zığ dairəsində
yol qəzası baş verib.

Hadisə dairənin Naxçıvani küçəsinə dönən hissəsində qeydə
alınıb.

21 AC 158 dövlət nömrə nişanlı yük avtomobili Zığ dairəsində
idarəetməni itirərək aşıb. Hadisəyə yüksək sürət səbəb olduğu
ehtimal edilir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Yük avtomobilinin aşmasından sonra yolda tıxac yaranıb.
(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir