Azərbaycanda una haram qatan şəxs tutuldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oktyabrın 22-də Qusar rayon Polis şöbəsinin (RPŞ)
əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində şəhər ərazisində yerləşən ərzaq mağazalarının birində
aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə yenidən
qablaşdırıb satmaqla istehlakçıların hüquqlarını pozmaqda şübhəli
bilinən şəhər sakini Radik Məhsimov saxlanılıb.

Bu barədə Publika.az-a DİN Mətbuat xidmətinin
Quba Regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, adıçəkilən şəxs
sahibi olduğu anbarda bu işi təkbaşına görməyib, kisələrin təkrarən
doldurulmasını obyektində fəhlə kimi işləyən Asim Əmirova
tapşırıb.

Hal şahidlərinin iştirakı ilə R.Məhsimova məxsus anbara
keçirilən baxış zamanı oradan satış üçün nəzərdə tutulmuş, “əla
növ” adıyla qablaşdırılmış 13 kisə un, xeyli sayda boş kisələr və
tikiş üçün istifadə olunan avadanlıq aşkar edilib. Bundan əlavə,
R.Məhsimova məxsus yük avtomobilinə baxış zamanı ərzaq mağazasına
aparılacaq un məmulatları arasında haqqında bəhs olunan 5 kisə “əla
növ” un aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Qrupunda araşdırma aparılır
və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp