Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən
Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri
münaqişənin həllinə hazırdır, yoxsa yox”.

Publika.az xəbər verir ki, bu sözləri
jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarov deyib.

Nazir Con Boltonla dünən geniş müzakirələr aparıldığını
vurğulayıb: “Həm prezident səviyyəsində, həm də mənimlə bir saatdan
çox görüş keçirildi. Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir
mübadiləsi apardıq. ABŞ-ın İranla bağlanan nüvə sazişindən
çıxmasının İrana təzyiq kimi qiymətləndirilib-qiymətləndirilməməsi
ətrafında fikirlərimizi bölüşdük. Həm Amerika tərəfi, həm də biz
bununla bağlı öz mövqeyimizi çatdırdıq. Biz hər zaman çalışırıq ki,
bütün ölkələrlə normal qonşuluq siyasəti yürüdək”.

Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə
müşaviri Con Boltonla həmçinin, Dağlıq Qarabağ məsələsini müzakirə
etdiklərini qeyd edib: “Mən şəxsən Boltondan xahiş etdim ki,
İrəvanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin bunlar
özləri münaqişəni həll etməyə hazırdır, yoxsa yox? Ermənistan
Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yaratmaq
istəyirmi? Çünki təbii məsələdir, Ermənistan rəhbərliyi Türkiyə və
Azərbaycanla normal şəkildə əməkdaşlıq etməsə, müstəqilliyi sual
altına düşər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir