Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakıda
keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə
səyahət” beynəlxalq elmi konfrans çərçivəsində “Şirvanşahlar irsi
dünya muzeylərində” sərgisi açılacaq.

Sərgi ilə əvvəlcə konfrans iştirakçıları, oktyabrın 25-dən isə
ictimaiyyət nümayəndələri tanış olacaqlar.

Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən
nadir eksponatlar ziyarətçilərin ixtiyarına veriləcək. Sərginin
əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan
maddi-mədəniyyət nümunələri təşkil edəcək, həmçinin Gürcüstan Milli
muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri
də nümayiş olunacaq.

Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər
sayəsində “canlanan” eksponatlar, onların ehtiva etdiyi dərin məna
və Şirvanşahlar Sarayının tarixi ab-havasını zənginləşdirəcək qədim
musiqi alətlərində ifa olunan musiqilər, eləcə də öz tarixi, ilkin
obrazını səsləyən konstruksiyalardan istifadə olunacaq.

Sərgi gələn il yanvarın 23-dək İçərişəhərdə, Şirvanşahlar Sarayı
Kompleksində hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq
olacaq.

Qeyd edək ki, sərginin açılışı ilə əlaqədar rəngarəng mövzularla
zəngin “Şirvanşahlar irsi dünya muzeylərində” adlı kataloq nəşr
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp