Misir Mərdanovun qızı BİZNESƏ BAŞLADI: yeni şIrkət açdı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Vergilər Nazirliyi sentyabrın 5-də “Bakı Beynəlxalq
Təhsil Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb.
Nazirliyin məlumatına görə, yeni şirkətin hüquqi ünvanı Bakı
şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54, nizamnamə
kapitalı 500 manat, qanuni təmsilçisi isə Azərbaycanın keçmiş
təhsil nazirinin qızı – Samirə Misir qızı Mərdanovadır.
(report)